Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun - Ekspertdən xəbərdarlıq

25.05.2024 15:06 1 182
Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun - Ekspertdən xəbərdarlıq
"Bir müddətdir ki, müxtəlif sosial şəbəkələrdə mənzillərini və qeyri-yaşayış obyektlərini kirayə verən şəxslərin şikayətləri yayımlanır. Belə ki, vətəndaşlar öz əmlaklarını kirayə verir və sonra məlum olur ki, onların xəbəri olmadan əmlakları başqa şəxslərə satılıb".

Median.Az 
musavat.com-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, bunları törədən bir qrup cinayətkar dəstədir:

"Onlar xüsusən Bakı şəhərində mənzilləri və qeyri-yaşayış obyektlərini uzunmüddətli kirayəyə götürür, bu zaman əmlak sahibi haqqında araşdırma aparır, barəsində məlumatlar toplayırlar".

Ekspert qeyd edib ki, cinayətkar dəstə öz qurbanlarını seçərkən daha çox subay, ailəsi olmayan şəxslərə üstünlük verirlər ki, bunun da səbəbi var:

"Ona görə ki, planları baş tutduğu zaman həmin şəxsin həyat yoldaşının notariusda razılığına ehtiyac qalmasın, həmçinin mənzildə heç kəs qeydiyyatda olmasın.

Beləliklə, vətəndaşlardan əmlaklarını uzunmüddətli kirayəyə götürür, kirayə müqaviləsini rəsmi notarial qaydada bağlayırlar. Təbii ki, müqavilələrdə həm əmlak, həm də əmlak sahibi haqqında müəyyən məlumatlar öz əksini tapır. Cinayətkar dəstə həmin əmlakın çıxarışının, həmçinin əmlak sahibinin şəxsiyyət vəsiqəsinin surətini götürür, daha sonra əmlak sahibinin adından əmlakın satılmasına görə Rusiyanın şəhərlərində notarial orqanlarda öz adamlarına etibarnamə verirlər. Daha sonra həmin etibarnamə ilə Azərbaycana gələrək, əmlakı öz ətrafında olan adamların adına keçirir və başqasına satırlar.

Ona görə də əmlak alarkən mütləq şəkildə kiçik də olsa, araşdırma aparın. Məsələn, əgər alınacaq mənzil binada yerləşirsə, mütləq gedib həmin binanın komendantından, qonşulardan, sahə müvəkkilindən və yaxud mənzil istismar idarələrindən həmin əmlak bağlı məlumatlar alın, evin sahibi haqqında maraqlanın. Tam əmin olduqda ki, sizə mənzili satan şəxs mənzilin sahibidir, o zaman əmlakı alın. Əks halda siz də qurbanlardan birinə çevrilə bilərsiniz".

Son xəbərlər