2-3 dəfə baha təklif olunan mənzillər - Günlük kirayənin hansı riskləri var? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Şahmat yığmamız Ukraynanı məğlub etdi  |     22:53 Benzinin sudan ucuz olduğu 6 ölkə - SİYAHI  |     22:46 Duzun təzyiqə təsiri: Əsas TƏHLÜKƏLƏR  |     22:40 "Mercedes" faraya 10 milyon avro xərc çəkdi  |     22:34 "TikTok" mübahisəsi qanla bitdi - TƏFƏRRÜAT  |     22:29 Rusiyaya 2 manatdan, Səudiyyə Ərəbistanına 24 manatdan satmışıq  |     22:24 Bu şəxslərə 1600 manat verilir  |     22:16 Səmanın veteranları: 1960-cı illərin döyüş təyyarələri - Azərbaycanda da var  |     22:10 Faizsiz kreditlərdən kimlər faydalana biləcək? - İqtisadçı ekspert  |     22:03 Turistlər dünyanın ən gözəl paytaxtını seçdi  |     21:50 Vəzifəli şəxsin oğlu hoteldə öldü - Foto  |     21:45 D vitamini adı ilə satılırdı, uyğunsuzluq aşkarlandı  |     21:40 Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına - Bu cəza verildi  |     21:32 Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     21:27 Şəkidə sahibsiz it sürüsü evə hücum edib  |     21:19 Naxçıvanda səyyar aqronom xidmətinə start verilib  |     21:14 "Euronews" İvanovka kəndi haqqında süjet yayımlayıb  |     21:05 "Barselona"nın futbolçusu "Real"la oyunda iştirak etməyəcək  |     21:00 Böyük Qafqazın bəzi yaşayış məntəqələrinin məlumat bazası hazırlanacaq  |     20:54 İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub  |    

2-3 dəfə baha təklif olunan mənzillər - Günlük kirayənin hansı riskləri var?

Bəzi ev sahibləri, xüsusi ilə şəhərin mərkəzi hissəsində evləri olan şəxslər düşünür ki, həmin mənzilləri günlük kirayə vermək daha sərfəlidir.

Belə evləri daha çox ölkəyə səfər edən xarici turistlər bir və ya bir neçə günlük, yay mövsümündə isə dəniz kənarına yaxın həyət evlərini yerli vətəndaşlar kirayə götürür.

Bəs evləri günlük kirayə verərkən ev sahibləri nəyə diqqət etməlidir? Mənzilləri günlük kirayə verməyin hansı riskləri var?

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə Ramil Qasımzadə bildirib ki, mənzillərin günlük kirayə qiyməti ilə aylıq kirayə qiymətləri arasında ən azı 3 dəfə fərq olur:

"Şəhərin xüsusi ilə də mərkəz hissəsində olan evlərin əksəriyyəti aylıq deyil, günlük kirayə verilir. Bununla vətəndaşlar düşünür ki, bir ay ərzində həmin evin istismar olunmağındansa, bir neçə gün istifadəsi daha sərfəlidir. Bu zaman isə aylıq kirayə qiyməti ilə günlük kirayə qiymətləri arasında ən azı 3 dəfəyə qədər fərq olur. Məsələn, gündəlik kirayə verilən evin bir günün qiymət 100-150 manatdırsa, həmin ev aylıq kirayə verilərsə, təxminən dəyəri 1000-1500 manat arası olur. Aylıq kirayə götürəndə günü 50 manata düşürsə, gündəlikdə isə 100-150 manat arası pul tələb olunur”.

Ekspert deyir ki, şəhərin müxtəlif yerlərində günlük kirayə qiymətlərində fərq var:

"Doğrudur, şəhərin müstəqil istiqamətlərində bu qiymətlər 30, 35, 50 manat arası da dəyişə bilir. Lakin elə evlər var ki, daha bahalıdır.

Bundan başqa evlərini daha ucuz qiymətə təklif edən ev sahibləri aylıq kirayəyə üstünlük verirlər. Məsələn, evləri 1-2 otaq olan şəxslər daha çox aylıq kirayəyə üstünlük verirsə, evi 2 otaqdan artıq olanlar isə evlərini günlük kirayə verməyi üstün tuturlar. Bunlar hamısı isə qiymətə bağlı məsələlərdir. Evin vəziyyətindən, yerləşməsindən, şəraitindən asılı olaraq qiymət dəyişə bilər. Təbii ki, evləri gündəlik kirayə verənlərin də gəlirləri artıq olur”.

Ramil Qasımzadənin sözlərinə görə,evlərini günlük kirayə verənlər xüsusi internet platforması vasitəsi ilə işləyir:

"Bu şəxslər "Booking”, "Trip Advisor” və s. kimi saytlar vasitəsi ilə evlərini kirayə verə bilərlər. Həmin saytlarla müqavilə əsasında evlərini xüsusi ilə xarici vətəndaşlara kirayə verirlər. Evləri kirayə götürən şəxslər də bu evləri saytlardan rahatlıqla tapa bilir, evin yerləşməsinə, təmirinə, otaq sayına və s. məsələlərə baxa bilirlər. Belə saytlar vasitəsi ilə kirayə verilən evlərin isə minimum kirayə qiyməti 50 dollardan və ya 85 manatdan başlayır. Amma bir çox hallarda uzun müddətli kirayə götürmək istəyəndə
qiymətlərinə hətta endirimlər olur”.

Mənzilləri günlük kirayə verməyin risklərindən də danışan həmsöhbətimiz bildirib ki, burda da bir çox problem yarana bilir:

"Evləri daha tez-tez yığışdırmaq üçün təımizlikçi tələb olunur, avadanlıqların tez sıradan çıxma riskləri yüksəkdir. Aylıq kirayə verilən mənzillərdə bu sıradan çıxan əşyaları mənzili kirayə götürənlər özləri düzəldir, mənzildə baş verən bütün risklər evi kirayə götürənə məxsus olur, amma gündəlik kirayələrdə bu məsələlərə nəzarət etmək çətinləşir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            732 05.09.24 21:46