Mojo.az Banner
21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |     19:09 Qəbələdə 50 yaşlı kişi dağdan yıxıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     18:57 Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib  |     18:45 "Barselona" Kanselunu komandada saxlamaq istəyir  |     18:31 Rusiya Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb  |     18:21 Çexiya tarixinin ən böyük antikorrupsiya əməliyyatı: Hakimlər, oyunçular SAXLANILDILAR  |     18:00 Türkiyə ordusu şəhid verdi  |     17:48 Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ  |     17:33 Masazırda evdə yanğın baş verib  |     17:32 Abşeronda taksi sürücüsünə qarşı SOYĞUNÇULUQ: Saxlanılan var  |    
Left Banner
Right Banner

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Laçına səfəri başa çatıb

24.05.2024 16:03 921
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Laçına səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində şəhərə səfəri başa çatıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.

Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.

Sonra diplomatik korpusun nümayəndələri “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə balıqların buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.скачать dle 11.3
Mojo.az Banner