Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Polad Bülbüloğluna təşəkkür etdi

27.12.2019 20:07 1 912
Rusiya Polad Bülbüloğluna təşəkkür etdi
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Rusiya Xarici İşlər Nazirliyinin (XİN) təşəkkür məktubu verilib.

Median.Az
report-a istinadən xəbər verir ki, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskvada akkreditə olunan xarici ölkələrin səfirləri ilə görüş keçirilib.

Görüşdə Rusiya XİN-in Dövlət Protokolu İdarəsinin rəis müavini Georgi Kuznetsov Azərbaycanın Rusiyadakı səfiri, Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edib.

G.Kuznetsov qeyd edib ki, Yeni il ərəfəsində hədiyyələr vermək və konservatoriyaya baş çəkmək adətdir:

"Bu, Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa verdiyi bir növ hədiyyədir. Ancaq xüsusi hədiyyə vermək istədiyimiz bir nəfər var. Onsuz həyata keçirdiyimiz tədbirlərin çoxu baş tutmazdı və ya tamamilə fərqli bir atmosfer baş verərdi. Mənə səlahiyyət verilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edim”.

Məktubda deyilir ki, keçən il Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə Rusiyanın həm siyasi qurumları, həm də mədəniyyət qurumları ilə fəal əməkdaşlıq şəraitində keçib:

"Bu vacib təşəbbüsə diplomatik korpus üzvlərinin cəlb olunmasında mühüm rol şəxsən özünüzə, eləcə də rəhbərlik etdiyiniz Azərbaycan səfirliyinin heyətinə aiddir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkili və hazırlanmasında göstərilən hər cür köməkliyə görə Sizə təşəkkür edirik. Sizə və bütün səfirliyin işçilərinə cansağlığı, firavanlıq və 2020-ci ildə gələcək peşə uğurları arzulayırıq”.

Son xəbərlər