Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada Azərbaycan-Gürcüstan münasibətləri müzakirə edilib

10.04.2024 22:53 1 611
Moskvada Azərbaycan-Gürcüstan münasibətləri müzakirə edilib
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu İsveçrənin Rusiya Federasiyasındakı Səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni təyin olunmuş rəhbəri Mamuka Merkviladzeni qəbul edib.

“Report”un məlumatına görə, Azərbaycan səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunub. Tərəflər həmçinin hər iki ölkənin maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulayıblar.

Gürcüstanın maraqları şöbəsinin rəhbəri öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətinə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabını hədiyyə edib.скачать dle 11.3
Mojo.az Banner