Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Xarici diplomatlar Şuşada Cıdır düzündə olublar

10.07.2021 13:20 1 605
Xarici diplomatlar Şuşada Cıdır düzündə olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

APA-nın məlumatına görə, Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi Cıdır düzündə olub.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər.

Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.скачать dle 11.3
Mojo.az Banner