Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaponiya baş naziri COP29-a dəvət olundu

24.05.2024 12:36 1 473
Yaponiya baş naziri COP29-a dəvət olundu
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, mayın 20-24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib. Səfər çərçivəsində iki ölkənin XİN rəhbərlərinin siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Masaki İkeqami rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. İki ölkə arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib. Yapon şirkətləri "ağıllı şəhər", "ağıllı kənd", o cümlədən "Yaşıl Enerji Zonaları" konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub.

Bundan başqa, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri, xüsusən də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi barədə müzakirələr aparılıb.

Bundan başqa, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov ilə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hideki Muray, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) Prezidenti səfir Keniçiro Sasae və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rəhbəri, ITOCHU şirkətinin xarici əlaqələr üzrə vitse-nümayəndəsi Masahiro İmai, həmçinin Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Akira Amari və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazava arasında görüşlər keçirilib, ikitərəfli münasibətlərin gedişatı və gələcək tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Qarşı tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb. Həmçinin, nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.скачать dle 11.3
Mojo.az Banner