Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputata məxsus olduğu deyilən MMC hansı qaydaları pozub? - Cərimə oluna bilər

23.05.2024 22:11 813
Deputata məxsus olduğu deyilən MMC hansı qaydaları pozub? - Cərimə oluna bilər
Deputat Cavanşir Feyizyevə məxsus olduğu bildirilən "Dokta" MMC sanitariya-gigiyena və sanitariya epidemioloji qaydaları pozmaqda ittiham edilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati iş başlanıb.

215.4-cü maddə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması ilə bağlıdır.

İttihamdan belə aydın olur ki, Cavanşir Feyizyevə məxsus olduğu deyilən "Dokta” MMC-də sertifikasiyadan keçməyən şəxslər çalışır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İşə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sadrliyi ilə baxılacaq.

Əczaçılıq sahəsində fəaliyyət göstərən "Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Ondan əvvəl şirkəti Sadıqov Elçin Ağasadıq oğlu təmsil edib.

Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da "Dokta" MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.

Cavanşir Fyeziyevin həm də "Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.скачать dle 11.3
Mojo.az Banner