Mojo.az — elanlar
Son Xəbərlər
22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı - SƏBƏB

22.05.2024 11:56 1 935
Azərbaycanda alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı - SƏBƏB
Prezident yanında Ali Attestasiya Komissiyası Aynur Vaqif qızı Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və dosent elmi adını geri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komissiyanın Rəyasət Heyəti qərar qəbul edib.

Qərarın verilməsinə səbəb isə A.Quliyevanın dissertasiya işində aşkar olunmuş elmi plagiat faktının 11 ildən sonra üzə çıxması olub.

Ali Attestasiya Komissiyası tərəfindən A.Quliyevaya filologiya elmləri üzrə verilmiş FD seriyalı, 08389 nömrəli 29 oktyabr 2013-cü il tarixli fəlsəfə doktoru diplomu və filologiya elmləri sahəsinin 5718.01 - "Dünya ədəbiyyatı (ispan ədəbiyyatı) ixtisası üzrə verilmiş DS seriyalı, 08220 nömrəli 13 may 2022-ci il tarixli dosent attestatı etibarsız sayılıb.

Xatırladaq ki, plagiatlığı aşkar edilən dissertasiya işi müəllifin "Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri ("Yüz ilin tənhalığı" romanı əsasında)" mövzusunda hazırladığı material olub.

Son xəbərlər