Mojo.az Banner
15:17 DYP velosipedçilərə müraciət etdi  |     15:10 Bu ölkələrə Hörmüz boğazından keçid qadağan ediləcək  |     15:02 Moldova və Rusiya arasında PUA gərginliyi: Səfir geri çağırıldı  |     14:52 Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün təqvimi açıqlandı  |     14:51 Azərbaycanda kafedra müdiri vəfat edib  |     14:50 Sabah Bakıda yağış yağacaq  |     14:48 Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş - FOTO  |     14:47 Beşqat NBA çempionu vəfat edib  |     14:45 Zaqatalada minik avtomobilləri toqquşdu: İcra başçısının sürücüsü öldü  |     14:06 Bina sakinləri çətin vəziyyətdə: Mənzilə çıxarış verilmir, evin içinə su damır - Video  |     13:55 Sabah Astarada qaz olmayacaq  |     13:42 Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO  |     13:39 Azərbaycan nefti bahalaşıb  |     13:00 Çində "Delfin" tayfunu: Bir milyondan çox insan təxliyə edildi  |     12:56 Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat edib  |     12:52 Hacıqabulda qayınata sərxoş kürəkənini çomaqla döydü  |     12:48 Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü  |     12:25 İmişlidə balıqçı Araz çayında boğuldu  |     12:10 Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:49 Leyla Əliyeva sözlərinə yazılan mahnı ilə bağlı paylaşım edib - VİDEO  |    
Left Banner
Right Banner

Rəisinin öldüyü helikopter qəzası ilə bağlı yeni DETALLAR

22.05.2024 11:30 1 488
Rəisinin öldüyü helikopter qəzası ilə bağlı yeni DETALLAR
"Uçuş zamanı hava şəraiti əlverişli idi, bulud örtüyü məhdud ərazidə idi".

Bunu Prezident İbrahim Rəisini müşayiət edən helikopterdə olan İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatı barədə IRIB agentliyinə danışarkən açıqlayıb.

"Günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığı yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirdi ki, buludlardan yuxarı çatmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti aparırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı", – İsmaili deyib.

Onun sözlərinə görə, ortadakı helikopter yuxarı qalxmadığı üçün helikopterimizin pilotu dönərək geri qayıtdı:

"Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Nə qədər radio rabitəsi qurmağa çalışsaq da, mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni izləməyə başladıq".

O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini söyləyib:

"Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Ali-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Ali-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqqında soruşdum. Dedi ki, onların heç birini görmür və ətrafda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqqında məlumat verdi".

Prezident Aparatının rəhbəri qeyd edib ki, xilasedicilər dərhal qəzanın olduğunu təxmin etdiyi əraziyə yollandılar:

"Sonradan qəza yerini tapdıqda cəsədlərin vəziyyəti ayətullah Rəisi və digər yoldaşlarının dərhal dünyasını dəyişdiyini göstərirdi. Lakin Ali-Haşim bir neçə saat sonra həyatını itirib".скачать dle 11.3
Mojo.az Banner