Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda adam bıçaqlayan şəxs: "Dişlərim olmadığı üçün meyvə bıçağı üzərimdə gəzdirərəm"

21.05.2024 21:32 1 224
Bakıda adam bıçaqlayan şəxs:
Nəsimi rayonu, Səməd Vurğun adına istirahət parkında adam bıçaqlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının Kurax rayonunda doğulmuş 1959-cu il təvəllüdlü Məhəmmədrəsulla 1971-ci il təvəllüdlü zərərçəkmiş Taleh (şərti) arasında mübahisə avtubusda baş verib.

Belə ki, 16 avqust 2023-cü il tarixdə Məhəmmədrəsul Mübariz adlı tanışı ilə Xalqlar dostluğu metrosu yaxınlığında birlikdə adını xatırlamadığı kafelərdən birində yemək yeyib və spirtli içki qəbul ediblər. Hər iki avtobusla 28 May metrosunun yaxınlığında yerləşən Səməd Vurğun parkına gəzməyə gəliblər.

Avtobusda olan zaman dostlar içkili olduğundan bir-birləri ilə söyüşlə zarafat etməyə başlayıblar. Bu zaman Taleh onları sakitləşdirib, ictimai yerdə söyüş söyməmələrini xaiş edib. Hər üç şəxs parkın yanında avtobusdan düşüblər. Məhəmmədrəsul avtobusdan düşən kimi üzərində gəzdirdiyi bıçaqla Talehin qarın boşluğundan vurub.

Məhəmmədrəsul məhkəmədə bildirib ki, üzərində bıçaq gəzdirməsinə səbəb ağzında dişinin olmamasıdır. O, yeməkləri bıçaqla kiçik hissələrə bölüb yediyindən üzərində onu gəzdirir. Sonda məhkəmə bir ayağı olmadığı üçün əlillik dərəcəsi aldığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Məhəmmədrəsul Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 6 il 3 ay azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner