Mojo.az Banner
13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |     12:01 Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video  |     11:56 Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır"  |     11:51 Tramp İrana hücumla bağlı: "Başqa yolumuz yox idi"  |     11:44 İsmayıllıda toyda 24 nəfər zəhərləndi  |     11:43 SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ: Bakıda bir avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ  |     11:42 Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb  |    
Left Banner
Right Banner

iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur

21.05.2024 21:25 1 809
iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur
Çindəki müxtəlif onlayn mağazalar iPhone 15 seriyasının bəzi modellərində qiymətləri aşağı salır.  
 
“Apple”ın bu qərarına bu yaxınlarda yeni “Pura 70” seriyasını buraxa “Huawei”in səbəb olduğu göstərilir. “Huawei Pura 70” Çində “iPhone 15”in ciddi rəqibinə çevrilib.
 
Çində endirim müddəti 28 may 2024-cü ilə qədər davam edəcək. Hazırda onlayn pərakəndə satıcılar 1TB iPhone “15 Pro Max”a 2300 yuana (318 dollar) qədər endirimlər təklif edir, 128 GB “iPhone 15”ə endirim isə 1400 yuan və ya 193 dollardır. Bölgədə artan rəqabət ABŞ istehsalçısını bu ilin yanvar ayından qiymətləri aşağı salmağa məcbur etdiyinə görə, bu, “Apple”ın Çində iPhone smartfonlarına ilk endirimi deyil.
 
“Apple”ın 2024-cü ilin 2-ci rübü hesabatına görə, şirkət 90,75 milyard dollar qazanıb. Statista analitiklərinin hesablamalarına görə, təkcə Çin 16,37 milyard dollar gəlir əldə edib ki, bu da ümumi gəlirin 18%-ni təşkil edir. “Apple”ın uğuru bu bölgə ilə sıx bağlıdır və iPhone satışlarının azalması ilə tələbi canlandırmaq üçün endirimlər təklif etmək məntiqlidir.
 
2024-cü ildə “Huawei”in 10 milyon ədəd “Pura 70” tədarük edəcəyi gözlənilir. Çin nəhəngi öz ərazisində itirilmiş mövqelərini bərpa etməyi planlaşdırır. Şirkət həmçinin sıfırdan işlənib hazırlanmış xüsusi əməliyyat sistemi olan “HarmonyOS Next”i təqdim etməyi planlaşdırır. “Huawei” “Google” məhsullarından tamamilə imtina etmək niyyətindədir.

Analitiklərin fikrincə, “Huawei”nin ambisiyalarını nəzərə alaraq, “Apple” “iPhone 16” xəttini indiyə qədər ən yaxşı hala gətirməyə hazır olmalıdır, çünki iPhone 15-də endirimlər belə çətin ki, Çin bazarındakı mövqeyini qoruyub saxlasın.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner