Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni “iPhone”ların qiyməti artacaq

24.02.2025 21:32 1 302
Yeni “iPhone”ların qiyməti artacaq
iPhone 17 seriyasının 2025-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Phone Arena xəbər verir ki, insayderlər premium və əsas modellərin daha bahalaşacağını bildirirlər.

İT sektorunda dəqiq maliyyə proqnozları ilə tanınan Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə, Apple Trampın tariflərini kompensasiya etmək üçün iPhone qiymətlərini 9 faiz artıracaq. Ace şirkəti artıq noutbukların qiymətində 10 faiz artım elan edib.

Analitik qeyd edib ki, "iPhone"ların 85 faizi Çində, digər 15 faizi isə Hindistanda istehsal olunur. ABŞ hökumətinin məhdudiyyətlərinə görə, Apple ya bu xərcləri öz üzərinə götürməli, ya da müştərilərə ötürməli olacaq. Birinci halda, Mohan şirkətin hər səhmə görə 26 sent zərər görəcəyini proqnozlaşdırır.

Apple Trampın tariflərini müştərilərə ötürsə, ən ucuz iPhone 17 799 dollar əvəzinə 870 dollara başa gələ bilər, iPhone 17 Pro isə sələfindən təxminən 100 dollar baha olmaqla 1089 dollardan başlayacaq. iPhone 16e-nin əsassız yüksək qiymətinin iPhone 17-nin bahalaşmasının səbəblərindən biri olduğu bildirilir.

Apple 2017-ci ildə "iPhone"un Pro versiyaları üçün "standart" qiyməti 999 dollar səviyyəsində müəyyən edib və hələ də ona riayət edir. Baza "iPhone"ların qiyməti sonuncu dəfə 2020-ci ildə iPhone 12-nin buraxıldığı zaman yenidən işlənib.

Bütün iPhone 17 modellərinin 24MP ön kamera və 120Hz ekran alacağı gözlənilir. Apple gələcək modellərin dizaynında da əsaslı dəyişikliklər edəcək.

Apple seriyadakı Plus modelini əvəz edəcək "iPhone 17 Air"i də hazırlayır. Cihazın cəmi 5,5 millimetr qalınlığında olduğu deyilir və bu, "Apple"ın indiyə qədərki ən nazik telefonudur.
//lent.azскачать dle 11.3

Son xəbərlər