Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb

15.05.2024 20:24 1 938
G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb
İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi” adlı panel sessiyada COP29-un yüksək səviyyədə təşkili və bütün maraqlı tərəflər arasında konsensusun əldə edilməsi üçün Azərbaycanın gördüyü işlərdən danışılıb.

Bu barədə "Report"a COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva məlumat verib.

O sessiyada çıxışı zamanı, həmçinin qlobal iqlim dəyişikliklərinə diqqət çəkərək kiçik ada dövlətlərinin yox olmaq təhlükəsi ilə üzləşməsinin həyəcan təbili üçün əsas olduğunu bildirib. Eyni zamanda iqlim dəyişikliyi səbəbiylə məcburi miqrasiya edən insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb:

"Miqrasiya, əhali hərəkəti və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə maraqlı tərəflər öz səylərini birləşdirməli, iqlim dəyişikliyinin səbəb olduğu miqrasiyanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlıq gücləndirilməlidir".

Pərvanə Vəliyeva qeyd edib ki, miqrantların yerdəyişməsi ilə bağlı onların səhiyyə xidmətlərinə əlçatanlığı da təmin edilməlidir:

"Təəssüflər olsun ki, əksər inkişaf etmiş ölkələrdə miqrantlar üçün tibbi sığorta təminatı hələ də yoxdur. Bu miqrantlara qarşı açıq diskriminasiyanın bariz nümunəsidir və iqlimlə əlaqəli yerdəyişmə edən insanlar üçün əlavə çətinlik yaradır".скачать dle 11.3
Mojo.az Banner