Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Azərbaycan qızıl ixracından nə qədər qazanıb?  |     22:48 Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb  |     22:41 Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)  |     22:17 Kür çayında meyit tapıldı  |     22:09 Gündəlik xərclər niyə bu qədər artıb? – Ailə büdcəsi üçün 5 praktiki tövsiyə  |     21:48 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     21:46 Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb  |     21:39 Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi  |     21:38 Şahin Şıxlinski yenidən saxlanıldı  |     21:14 Binədə fərdi yaşayış evi yanır  |     21:03 Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb  |     20:39 16 yaşlı yeniyetmə Kürdə batdı  |     20:31 Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU  |     20:30 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     20:18 “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia (Video)  |     20:10 Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı  |     20:04 Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu - Video  |     19:57 “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” - Video  |     19:51 Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı  |     19:44 UEFA "Sabah"ın rəqibini cərimələyib  |    

Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov və Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən Ceyhun Bayramov Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.

Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində uğurla davam etdirildiyi bildirilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı məlumatlandırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi və görülən təşkilati tədbirlərdən bəhs edən Ceyhun Bayramov sədrliyimiz müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət verdiyimizi diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            936 15.05.24 16:07