Mojo.az Banner
22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |    
Mojo.az Avto
Mojo.az Avto

Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi

02.05.2024 18:07 855
Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi
Ömürlük məhkumluqdan bəraət alan Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib.

“Qafqazinfo” xəbər verir ki, Qəhrəmanov yerli məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bəraət almış şəxs hesab edib ki, ona mənəvi ziyana görə həddən artıq az təzminat pulu ayrılması ilə bərabər maddi ziyana görə tələbinin rədd olunması qəbuledilməzdir. Bu səbəbdən o, uzun illər davam edən məhkəmə çəkişmələrini davam etdirmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, A.Qəhrəmanov həbsdə keçirdiyi 9 ilə görə bir milyon manat ödənilməsini tələb edib.

Maliyyə Nazirliyi və Baş Prokurorluğun cavabdeh qismində tanınmış iddiadan iddiaçının vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi elə ilk iclasda şikayəti dinləyib, qərar qəbul edib.

Yuxarı instansiya məhkəməsi yerli məhkəmənin qərarını qanunauyğun hesab edib. A.Qəhrəmanov isə bu dəfə də narazı qalıb. Onun bu qərardan da kassasiya şikayəti verəcəyi bildirilib.

Xatırladaq ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmişdi. Doqquz il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət vermişdi.скачать dle 11.3
Mojo.az Banner