Mojo.az Banner
17:13 Azər Maqsudov amnistiyaya düşdü  |     17:00 Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı  |     16:43 Yağışlı havada avtomobil idarə etmək ziyandır?  |     16:39 Peskovdan Ukrayna danışıqlarında fasilə ilə bağlı MARAQLI AÇIQLAMA: "Amerikalıların işi çoxdur"  |     16:28 Həmin ev söküldü, xəttin bərpası işlərinə başlanıldı - Video  |     16:26 Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı  |     16:24 Aprelin pensiyası bu tarixdə veriləcək  |     16:14 Daha bir tiktoker həbs olundu  |     16:05 Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis  |     16:04 Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu  |     16:03 İrandakı müharibə Yaxın Şərqdə rus şirkətlərinə təsir edir  |     16:02 Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR  |     15:57 Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi  |     15:23 Bu yolda sürət həddi bərpa edildi  |     15:20 Hava şəraiti ilə bağlı bəzi məktəblərdə tədrisdə fasilələr yaranıb  |     15:10 FHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"  |     14:23 Azad edilmiş ərazilərdə daha 117 mina aşkarlanıb  |     14:19 Baş nazir: "Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur"  |     14:11 Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub - Video  |     14:08 Qida borusunda yemək qalan qadın öldü  |    
Left Banner
Right Banner

Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat

02.05.2024 17:51 582
Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vüsal bildirib ki, Aydana xəsarət yetirməyib, onu döyməyib, telefonunu sındırmayıb: "Əvvəllər Aydanla aramızda sevgi münasibətləri olub. Lakin ondan ayrılmaq qərarına gəldim. Nikah günü Aydanı tərk edərək Türkiyə Respublikasına getdim.

Aydan bununla razılaşmadı, məni daim narahat etdi, mesajlar yazdı. O, məndən qisas almaq üçün belə bir şikayət edib. Ona xəsarət yetirməmişəm, blokda aramızda normal söhbət olub. Aydanın bədəni üzərində aşkar olunan xəsarətləri anasının yetirdiyini düşünürəm. Çünki o, mənə mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirib".

Təqsirli bilinən şəxs deyib ki, Aydanın onu narahat etməsini əks etdirən mesajları, anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silib. Bu səbəbdən həmin sübutları məhkəməyə təqdim edə bilmir.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Vüsalı 1 ilə yaxındır tanıyır, onunla aralarında sevgi münasibətləri olub və evlənmək qərarına gəliblər: "Lakin Vüsal məni nikah günü tərk edərək Türkiyəyə getdi. Amma əlaqəmiz kəsilmədi.

Hadisə baş verən günü Vüsalı yaşadığım binanın qarşısında gözlədim və onunla qarşılaşdım. Vüsal məndən telefonumu tələb etdi, hədə-qorxu gəldi. Mən isə əlavə səs-küy olmasın deyə onunla binanın blokuna daxil oldum və telefonumu ona verdim. Blokda Vüsal məni xəyanətdə ittiham edərək telefonumu yerə çırpıb yararsız vəziyyətə saldı. Həmçinin sifət nahiyəmdən şillə və yumruqla vurdu. Hətta məni boğaraq öldürəcəyi ilə hədələdi.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Daha sonra 24-cü polis şöbəsinə ərizə yazdım və tibbi ekspertizadan keçdim".

Zərərçəkmiş bildirib ki, Vüsaldan şikayətçidir, ona xəsarət yetirib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün mçüddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3
Mojo.az Banner