Mojo.az Banner
21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

22.04.2024 15:25 1 491
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualı cavablandırarkən deyib.

Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin olmadığı barədə dediklərini xatırladıb və İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı Kremlin narahatlığının olub-olmadığını soruşub.

Peskov qeyd edib ki, bununla bağlı heç bir siqnal olmayıb, ölkə liderlərinin isə bu məsələyə qayıtmaq imkanları hələ də var.

“Prezident Putin və baş nazir Paşinyanın qısamüddətli perspektivdə bunları, həmçinin lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəyini gözləyirik”, - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.скачать dle 11.3
Mojo.az Banner