Mojo.az Banner
17:18 Kahramanmaraşda zəlzələ oldu  |     17:04 Tağı Əhmədovun hakim oğluna qarşı ittihamlar səsləndirən şəxs CƏZALANDIRILDI  |     16:10 Dubaya raket zərbəsi nəticəsində xəsarət alan azərbaycanlıdan XƏBƏR VAR  |     16:09 Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT  |     15:33 Antoniu Koşta Bakıdan paylaşım etdi - FOTO  |     15:32 Azarkeşlər "Neftçi"ni 23 min manat ziyana saldılar  |     13:57 Qəzada xəsarət alan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırıldı - Video  |     13:39 Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR  |     13:32 Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı  |     13:25 Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı - SON QİYMƏT  |     13:21 "Planet Labs" peyk şəkillərini 14 günlük gecikmə ilə təqdim edəcək  |     13:16 Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Video  |     13:01 Naxçıvanda qumar oyunları təşkil edən gənc qız saxlanıldı - Video  |     12:53 Sabah 13 dərəcə isti olacaq  |     12:52 Göyçayda meyit tapılıb  |     12:40 Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı  |     12:23 Şagirdin "iPhone"unu oğurlayıb 25 manata satdı  |     12:13 Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi  |     11:57 Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb - FOTO  |     11:49 Yuxuda yıxılmaq hissi nədən yaranır?  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

19.04.2024 15:53 1 512
Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin dövlətinin baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub.

C.Bayramov M.Mustafanı bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edib.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət” prinsipi üzrə həllin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub.

Teledon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner