Mojo.az — elanlar
Son Xəbərlər
18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub

18.04.2024 22:15 2 037
Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub
Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Son xəbərlər