Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb

16.04.2024 20:39 2 079
Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb
Çinin əyaləti saydığı Tayvanın Silahlı Qüvvələri “Lutszian-2” yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Lutszian-2" təkərli şassi üzərindəki mobil buraxılış qurğusu TC-2 raketi ilə ("Tiantszian-2", ingiliscə adı – “Sky Sword 2”) hədəfdəki pilotsuz uçuş aparatını uğurla vurub. Sınaqlar Zhongshan Jiupeng Elm və Texnologiya İnstitutunun hərbi poliqonunda reallaşıb. Sınaqların ötən həftə keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Vurğulanıb ki, Tayvan Silahlı Qüvvələri gələcəkdə bu cür tədbirləri hər il keçirməyi planlaşdırır.

Məlumata görə, “Lutszian-2" hava hücumundan müdafiə sisteminin ilk nümunələri ötən ilin may ayında Tayvan Quru Qoşunlarının inventarına daxil edilib. Onların hədəf məsafəsi təxminən 15 km-dir. Yeni sistemlərdən təyyarələri, helikopterləri, dronları, həmçinin qanadlı raketləri və başqa hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.

Tayvan 1949-cu ildən, Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Homindan (Kuomintang) qüvvələrinin qalıqlarının Çinlə vətəndaş müharibəsində məğlub olduqdan sonra adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.скачать dle 11.3
Mojo.az Banner