Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”

13.04.2024 22:59 1 620
Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”
“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

“Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, onlara ağzıma gələni deyəcəyəm. Verməyin!

Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kasamı daşırmayın”.

M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:

“Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər "paket"lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı "paket" qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm”.скачать dle 11.3
Mojo.az Banner