Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”

26.10.2020 17:05 1 008
İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
Prezident İlham Əliyev Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələrinin Azərbaycana təlimlər üçün gətirildiyini, sonradan isə mənəvi dəstək üçün burada qaldığını bildirib.

O, Azərbaycan xalqına müraciətində xarici jurnalistlərin bu haqda verdikləri suala aydınlıq gətirib:

“Demək olar ki, hər gün mən müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin açın. Görmürsünüz, F-16-lar nə edirlər? Gedib baxın, görün ki, havadadır, ya yerdədirlər. Hər kəs bilir ki, onlar yerdədir və özü də buraya təlimlər üçün gəlib. Onlar müharibə başlayanda Azərbaycanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Bir də ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər.

Cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Halbuki sual verilməlidir ki, nə üçün Ermənistana silah verirsən? Silah satan ölkələrin vətəndaşları bilirlərmi ki, onların nə qədər pulu batıb? Həmin pullarla alınan nə qədər silahı məhv etmişik. Bir dənə də bu haqda sual verilmir”.скачать dle 11.3
Mojo.az Banner