Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan yenə "Maşa" olmağa razıdır

05.04.2024 22:01 962
Ermənistan yenə
Bu gün Brüsseldə Ermənistan, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 3 tərəfli görüş keçirildi. Lakin, bu görüşdə Azərbaycan tərəfinin iştirakı nəzərdə tutulmamışdı. Belə olan halda həm ABŞ dövlət katibi Entoni Blinken, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Azərbaycanı inandırmağa çalışdı ki, görüş yalnız iqtisadi xarakter daşıyır və sülhə maneə yaradacaq heç bir müzakirədən söhbət gedə bilməz. Amma istisna edilmir ki, görüşdə hərbi məsələlər və Ermənistana bu istiqamətdə yardımların edilməsi də müzakirə mövzusudur. Hər halda ABŞ və Aİ rəsmiləri yaxşı başa düşür ki, Brüsseldə Azərbaycana qarşı atılacaq hər hansı təxribat xarakterli addım onlardan da yan keçməyəcək. Birinci növbədə Avropa öz enerji təhlükəsizliyini riskə atmaq istəməz. İkinci növbədə isə, tərəflər yəqin ki, Makronun taleyini yaşamağa razı olmazlar. Yadınızdadırsa, Praqa görüşündən cəmi bir gün sonra Makronun Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi Fransanı sülh danışıqlarından həmişəlik uzaqlaşdırdı. Necə deyərlər, fransız xoruzunu Makronun qoltuğuna verib yola saldıq. İndiki mənəzərədə isə Avropa Parlamentinin və Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi fonunda görüşün məqsədinin əslində regionda yeni müharibəni alovlandırmağa yönəldiyi məlumdur.

Acınacaqlı hal ondan ibarətdir ki, Paşinyan görüş zamanı Alma-Ata bəyannaməsinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dedi. Ancaq, görüşün bitməsindən bir neçə dəqiqə sonra Tovuz və Gədəbəy atəşə tutuldu.

Digər tərəfdən rəsmi Moskva da bəyan edir ki, görüş Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi daşıyır. Həmçinin, qardaş Türkiyənin xarici işlər naziri də bildirib ki, görüş bölgəni geosiyası toqquşmalar meydanına çevirməyə xidmət edir.

Cənub qonşumuz İran isə hələlik susur. Yəqin ki, başı qarışıb Ermənistanı silahlandırmağa. Son 30 ildə olduğu kimi.

Xülasə, başa düşmək çətin deyil ki, indi qərbin əsas məqsədi iqtisadi yardım adı altında Ermənstanın əli ilə bölgəni savaş poliqonuna çevirməkdir. Paşinyan rejimi isə bu dəfə də maşa olmaq missiyasını layiqincə yerinə yetirməyə hazırdır.

Son xəbərlər