Mojo.az — elanlar
Son Xəbərlər
18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustan sakini: “Evimi yandırmaq istəyirlər, burada yaşamağa qorxuruq” - FOTO

29.03.2024 21:34 1 236
Qobustan sakini: “Evimi yandırmaq istəyirlər, burada yaşamağa qorxuruq” - FOTO
“Tanımadığımız şəxs gündüz vaxtı evimizi yandırmağa cəhd göstərib. İndi burada yaşamağa qorxuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qaradağ rayonunun Qobustan qəsəbə sakini Fərhad İsayev deyib.

Şikayətçi iddia edib ki, martın 11-də kimsə evlərinə girərək yanğın törətmək istəyib, lakin qonşulardan birinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb:

“Hadisə vaxtı mən evdə olmamışam. Anam olub, o da yaşlı qadındır. Kimsə evimizi yandırmaq istəyib, amma buna nail ola bilməyib. Sadəcə evin girişindəki pərdə yanıb. Qonşunun müdaxiləsi ilə yanğının böyüməsinin qarşısı alınıb. Hadisəni törədən şəxs isə avtomobillə ərazidən uzaqlaşıb”.



Vətəndaş bildirib ki, hadisəni törədənin kim olduğu və bunu hansı məqsədlə etdiyi bilinmir:

“Bu hərəkətin hansı məntiqə sığdığını anlamırıq. Bizə yalnız qaçan şəxsin avtomobili bəllidir. Kamera görüntülərinə düşən avtomobilin seriya nömrəsini 11-ci Polis Şöbəsinə verərək şikayət etmişik”.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Qaradağ rayon sakini F.İsayev Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 11-də yaşadığı evin giriş hissəsinin yandırılmasını və nəticədə ona maddi ziyan dəyməsi ilə bağlı müraciət edib:

“Vətəndaş hadisəni törətməkdə şübhələndiyi şəxs barədə də polisə məlumat verib. Araşdırma zamanı hadisə şahidləri və ev sahibinin şübhələndiyi şəxs dindiriliblər, lakin hadisənin həmin şəxs tərəfindən törədilməsi faktı təsdiqini tapmayıb. Hazırda F.İsayevin müraciəti əsasında araşdırmalar davam edir”.

Son xəbərlər