Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

26.03.2024 20:13 3 486
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə Novxanı yolunda qeydə alınıb.

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər