Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

Rusiya mediası ermənilərin təsiri altındadır - RƏY (FOTO)

26.03.2024 19:54 1 380
Rusiya mediası ermənilərin təsiri altındadır - RƏY (FOTO)
Rusiya mediası ermənilərin təsiri altında olduğundan onların sifarişi ilə Azərbaycana qarşı saxta iddialar səsləndirilir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov rusiyalı jurnalist Vladimir Solovyovun Azərbaycanla bağlı eyhamları, Moskvadakı terrorda Azərbaycanın adını hallandırmasından danışarkən deyib.

Onun sözlərinə görə, “Crocus City Hall”da baş vermiş dəhşətli terror hadisəsində erməni izinin olub-olmaması araşdırılır:

"Çünki Moskvadakı terror hadisəsindən sonra Mineralnıye Vodı şəhərində bir erməni avtomobilini insanların üzərinə sürməklə növbəti terror hadisəsini törədib. Ayın 24-də isə Şeremetevo beynəlxalq hava limanından İrəvana uçan təyyarədə bir qadın çantasında bomba olduğıunu deyərək yenidən psixoloji terrora cəhd göstərib. Yəni bütün bu hadisələrin bir-biri ilə bağlılığı öyrənilməlidir. O cümlədən ermənilərin terror təşkilatları - ASALA və digərləri dünyanın müxtəlif yerlərində törətdikləri terror hadisələri ilə ləkəli tarix yazıblar. Ona görə də Moskvada törədilən dəhşətli terror hadisəsindən sonra ermənilər teleaparıcı Solovyova diqqəti özlərindən yayındırmaq üçün azərbaycanlıları terrorla əlaqələndirmək istiqamətində informasiya yaymağı sifarişi veriblər. Təbii ki, belə sifarişlərin müəllifləri Marqarita Simonyan, Samvel Karapetyan və digərləridir. Onlar hətta Vətən müharibəsi zamanı və ondan sonra da Azərbaycanı daşa tutmaqla məşhurlaşmışdılar".




A.Badamov bildirib ki, Solovyov aldığı sifarişə uyğun anti-Azərbaycan fikirləri səsləndirməklə Rusiyada azərbaycanlılara qarşı qəzəb və kin yaratmağa çalışır:

"Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki Rusiya-Azərbaycan dostluğu və əməkdaşlığı möhkəmdir. Solovyovların qışqırıqlarını özlərindən başqa heç kim eşitmir. Hamı bilir ki, onlar saxta adamlardır. Bu baxımdan, Solovyovun saxta anti-Azərbaycan çağırışları Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala bilməz. Azərbaycan terroru hər zaman pisləyir. Məlumdur ki, ən çox terrora məruz qalan xalqlardan biri də bizik. Moskvada törədilmiş faciəli hadisə haqqında məlumat yayılan ilk anda dövlət başçısı və rəsmilər Rusiya Prezidenti və vəzifəli şəxslərinə başsağlığı verərək teroru pislədiklərini ifadə ediblər. Terrorçunun ölkəsi, dini, milləti və insanlığı olmur. Ona görə də terrorizmə qarşı dinindən və millətindən asılı olmayaraq, hamı birləşməli, birgə mübarizə aparmalıdır".

Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov çıxışında Azərbaycanla bağlı eyhamlar səsləndirib, martın 22-də Moskvada törədilmiş terror hadisəsində rəsmi Bakının adını hallandırıb. Onun bu addımı birmənalı qarşılanmadığı kimi, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyəti daşıdığı da istisna olunmayıb.
скачать dle 11.3
Mojo.az Banner