Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

25.03.2024 12:49 1 140
Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.

11 ölkədən 121 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.

57 kiloqramda mübarizə aparan Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.

Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıstanlı Serik Temirjanova qalib gəlib - 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.

Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

Son xəbərlər