Mojo.az Banner
16:23 Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi  |     16:06 Bakıda oğurluq edən şəxs saxlanıldı  |     15:50 İki gün əvvəl meyiti tapılan qadın Kamilə Babayevanın anası imiş  |     15:44 Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?  |     15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |    
Left Banner
Right Banner

Dünya çempionatı: İki boksçumuz qalib gəldi

30.10.2021 14:00 3 075
Dünya çempionatı: İki boksçumuz qalib gəldi
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

Mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

İlk görüşdə Şarles Peti-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (-60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.

Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxan boksçu Stiven Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.

Qeyd edək ki, mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (-63,5) Hovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (-75 kq) Şoma Meşterlə (Macarıstan) qüvvəsini sınayacaq.скачать dle 11.3
Mojo.az Banner