Mojo.az Banner
18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır

25.03.2024 12:32 954
Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Mütəxəssislər çoxlu qoz-fındıq istehlakının yüksək xolesterola səbəb ola biləcəyini və həzm sisteminə mənfi təsir göstərdiyini bildirib.

Sağlam qəlyanaltı sayılan quru qoz-fındıq həddindən artıq istehlak edildikdə zərərlidir. Bildirilir ki, bu çərəzləri az miqdarda yemək lazımdır.

İstehlak edilən qidaların bədən sistemlərinin işləməsi və sağlamlığı ilə yaxından əlaqəli olduğuna diqqət çəkən mütəxəssislər çərəzlərin mikro və makro elementlər baxımından çox zəngin bir tərkibə sahib olduğunu vurğulayıb.

Tərkibindəki mikroelementlər, fitonutrientlər, antioksidantlar, doymamış Omeqa-3 yağ turşuları və vitamin, minerallar səbəbiylə qoz-fındıq sağlam qidadır, ciddi müsbət təsirlərə malikdir. Lakin qoz-fındıq həm də karbohidrat və kalori ehtiva etdiyi üçün istehlak edildikdə bəzi zərərlərlə qarşılaşa bilərik.

Bu səbəbdən gündə bir ovuc qoz-fındıq istehlak etmək, tərkibindəki vitamin və minerallar baxımından bədənimizə müəyyən müsbət təsir göstərir. Fındığın həzm sisteminə müsbət təsir etdiyi və tərkibindəki E vitamini sayəsində dərinin gözəlləşməsinə töhfə verdiyini də vurğulanıb. Qozun eyni zamanda beyin və nevrologiya baxımından da ciddi faydaları var.

Qoz immunitet sistemi ilə bağlı bir çox problemə müsbət təsir edir. Eyni zamanda dırnaqlarımızda və daxili orqanlarımızda meydana gələ biləcək pozğunluqların qarşısını almaq xüsusiyyətinə malikdir.

Qurudulmuş qoz-fındıq çiy və qovrulmuş halda istehlak edilir. Ancaq istiyə nə qədər çox məruz qaldıqca müsbət təsirləri də azalır. Ona görə də mümkün qədər çiy halda istehlak etmək daha faydalıdır.

Xüsusilə səhər yeməyimizdə istifadə etmək orqanizmimizə çox faydalı olacaq. Arıqlamaq istəyənlər və gündə iki dəfə yemək yeməyə çalışanlar səhər yeməyinə qoz-fındıq qatsalar, uzun müddət tox qala bilərlər.

Həddindən artıq istehlak edildikdə xolesterinin artmasına səbəb ola bilər. Bəzi insanlarda həzm sisteminə də mənfi təsir göstərə bilər. Qozun tərkibindəki duz yüksək olarsa və həddindən artıq istehlak edilərsə, təzyiq xəstələrinin təzyiqini yüksəldə bilər. Böyrək xəstəliyi olan insanlar qoz-fındıqları çox ehtiyatla istehlak etməlidirlər.

Çünki qoz-fındıq maqnezium və kaliumla zəngin qidalardır. Kalium normal insanlar üçün faydalı ola bilər, lakin böyrək problemi olan insanlarda bədənə yük olacağı üçün nəzarətli şəkildə istehlak edilməlidir.скачать dle 11.3
Mojo.az Banner