Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər

20.03.2024 17:41 1 314
Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər
Naxçıvanda polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan Məmmədəli İbrahimli, Sedat Ağazadə, Tural Allahverdi, Elnur Hüseynli, Cəmşid Məmmədov, Xaliq Musayev, Həsənalı Məmmədov saxlanılıblar və onlardan 35 000 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilib.

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər