Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistanın keçmiş XİN başçısı: “Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır”

16.03.2024 17:25 1 098
Özbəkistanın keçmiş XİN başçısı: “Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır”
“Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münasibətlər barədə çox aydın mesajlar verdi”.

Bunu “Report”a açıqlamasında Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.

Diplomat söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalanarsa, o qədər yaxşıdır:

“Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu, xüsusilə rəsmi İrəvan üçün ciddi məsələdir. Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.скачать dle 11.3
Mojo.az Banner