Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Jan Kavan: “Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”

14.03.2024 17:09 1 191
Jan Kavan: “Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”
ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, digər tərəfdən İsrailə silah satılır.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 57-ci sessiyasının prezidenti Jan Kavan XI Qlobal Bakı Forumunda “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda keçirilən panel iclasında deyib.

“Münaqişələr bir-biri ilə əlaqəlidirlər. Böyük güclər sanki bu münaqişələrə odlayırlar və BMT bu güclərə dözə bilmir”,- o əlavə edib.

Jan Kavan vurğulayıb ki, BMT silahlı münaqişələrə qarşı mübarizə aparır.

“BMT-nin silahlı münaqişələrin qarşısının alınması istiqamətində rolunu gücləndirmək qərarına gəldik və bu da BMT Baş Assambleyasının rolunu artırır. BMT-nin bu istiqamətdəki fəaliyyəti silahlı münaqişələrin həllinə yönəlib”, - J.Kavan qeyd edib.

Onun sözlərinə görə, bu gün hər kəs Rusiya-Ukrayna arasında müharibəyə, o cümlədən Qəzza və Sudandakı münaqişələrə şahidlik edir:

“Biz beynəlxalq səviyyədə olan gərginliklərin aradan qaldırılması istiqamətində yeni mexanizmlərdən istifadə etməliyik. Bu gün ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, digər tərəfdən İsrailə silah satılır. Bu paradoksdan qurtulmaq lazımdır. Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”.скачать dle 11.3
Mojo.az Banner