Mojo.az Banner
Left Banner
Right Banner

Azərbaycan nefti bahalaşıb

14.03.2024 11:52 2 163
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,81 dollar və ya 0,94% artaraq 86,69 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.скачать dle 11.3
Mojo.az Banner