Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular |
Mojo.az Avto
Mojo.az Avto

Cinayəti etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edibmiş...

13.03.2024 21:45 1 140
Cinayəti etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edibmiş...
“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda professor müttəhim Müşfiq Atakişiyevin istintaqa verdiyi ifadəsi elan edilib.

Atakişiyev istintaqdakı ifadəsi məhkəmədəki ifadəsi ilə eynidir. Lakin professor ona verilmiş ittihamla razı deyil. Deyir ki, ona tamah niyyəti ilə adam öldürmə ittihamı deyil, qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı verilməli idi:

“Qadınlar arasındakı qeybətə əsaslanıb mənə ittiham veriblər. Dedi-qodu ilə iş olar? Mən Tariyelin ölümünü sifariş verməmişəm. Amma 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddə ilə günahkaram”.

Sənədlərin tədqiqi zamanı məlum olub ki, qətlin təşkilatçısı Dəyanət Quliyev cinayəti  etiraf etmək üçün Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edib. Quliyev həmin saatda eyni zamanda müxtəlif mərc saytlarına girib. Onun telefonuna baxış zamanı da bu sübut olunub.

Prokuror Cövdən Mehrəliyev çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Prokurora martın 27-ə kimi vaxt verilib.

Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər