Mojo.az Banner
20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |    
Left Banner
Right Banner

Hansı qadınların pensiyaya daha tez çıxa biləcəkləri məlum oldu

13.03.2024 18:34 1 047
Hansı qadınların pensiyaya daha tez çıxa biləcəkləri məlum oldu
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlara pensiyaya tez çıxmaq üçün güzəşt ediləcək.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib.

O qeyd edib ki, təcrübədə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin uşaqlarını 8 yaşınadək böyütməsi faktını təsdiq edən elektron məlumat bazasının olmaması bu xidmətin avtomatlaşdırılmasına mane olur.

Şöbə müdiri bildirib ki, əvvəlki təcrübədə qeyd olunan fakt yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış əsasında təsdiq edilir. Həmin qurumların isə qeyd olunan məsələ ilə bağlı elektron resursunun mövcud olmaması 8-ci maddə üzrə hüququ yaranan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan vermir. Dəyişikliyə əsasən, bu tələb aradan qaldırılacaq, pensiya hüququ yaranmış həmin şəxslər heç bir müraciət etmədən onlara pensiya təyin ediləcək.

Bundan əlavə, layihədə öz əksini tapan ikinci təklif - sui-istifadə imkanının aradan qaldırılmasını nəzərdə tutur. Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.

Onun sözlərinə görə, təklif olunan dəyişiklik qəbul edilərsə yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısı alınacaq. Belə ki, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin də erkən pensiya hüququ yaranacaq. Bu isə həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.скачать dle 11.3
Mojo.az Banner