Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə separatçıların izləri təmizlənir: Şəhərdə sakinlərin qayıdışına hazırlıq görülür - VİDEO

13.03.2024 11:57 1 050
Xankəndidə separatçıların izləri təmizlənir: Şəhərdə sakinlərin qayıdışına hazırlıq görülür - VİDEO
Azərbaycanın Xankəndi şəhərində separatçıların izləri təmizlənir. Paralel olaraq, bu torpaqların əsl sahiblərinin qayıdışına hazırlıq görülür.

Xezerxeber.az-ın məlumatına görə, şəhərdə ilk baxışdan diqqəti cəlb edən tikililərdir.

İşğal altında olduğu vaxtlarda digər ərazilər kimi, burada da demək olar ki, heç bir quruculuq işləri aparılmayıb. Binalar 40-50 il əvvəl tikildiyi vəziyyətdə də qalıb. Şəhərin ətraf ərazilərində isə bir-iki villaya rast gəlinir ki, bunların da qondarma rejimdə rəhbər vəzifələrdə çalışmış şəxslərin və iş adamlarının olduğu bildirilir.

Artıq şəhərin görünüşünə xələl gətirən, eləcə də separatçıların izlərini özündə əks etdirən tikililər sökülür.

Bir tərəfdə söküntü getdiyi halda, digər hissədə quruculuq işlərinə başlanılıb.

Hazırda Kərçicahandakı 78 evdə bərpa işləri gedir. Ardınca isə məktəb və inzibati binalarda quruculuq işləri görüləcək.

Hazırlıq işləri görülən digər yer Qarabağ Universitetidir. Təhsil ocağı 1969-cu ildə Pedaqoji İnstitutun filialı kimi fəaliyyətə başlayıb. 1973-cü ildən isə müstəqil instituta çevrilib və işğal ərəfəsində fəaliyyətini dayandırıb. Məhz həmin təhsil ocağının binası Qarabağ Universiteti üçün seçilib.

Qarabağ Universitetinin binasının layihəsi də artıq hazırdır. Təmir-bərpa işlərindən sonra ali təhsil ocağı bu formada olacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Son xəbərlər