Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA

12.03.2024 22:26 1 716
“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA
Heç kimə sirr deyilki, bu gün baş verən ailədaxili konfliktlərin çoxu məhz qısqanclıq səbəbindən baş verir. Lakin qısqanclıq bəzən həddindən çox ola bilir. Bu da ciddi problemlərin yaranmasına səbəb olur.
 
Bəs çox qısqanclıq hansı problemləri yaradır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan klinik psixoloq Nərmin Xəlilova bildirib ki, qısqanclıq hissi bütün canlılarda mövcud olur.
 
“Qısqanclığın iki növü var. Normal və patoloji qısqanclıq. Patoloji qısqanclıq normal qısqanclığın daha üst səviyyəsidir. Bu cür insanlar ailə münasibətlərində, xüsusilə əks cinslə ünsiyyət zamanı çox ciddi problemlər yaşayırlar. Bu da özlüyündə ayrılığa və boşanmaya səbəb olur”.
 
Psixoloq qeyd edib ki, patoloji qısqanclıq genetik faktorlarla da əlaqəli ola bilir.
 
“Bir qisim insanlarda isə bu qısqanclığın yaranma səbəbi keçmişdə aldığı travma ilə əlaqəli ola bilir. Bu da qarşı cinslə normal münasibətin qurulmasına, ailə münasibətlərinin davam etdirilməsinə maneə yaradır. Patoloji qısqanclıqdan əziyyət çəkən insanlar partnyorunu öz yaxınlarına da qısqanır və görüşməklərinə icazə vermirlər, özgüvənsiz və özünü yetərsiz hiss edirlər. Olmayan ssenariləri beyinlərində qurub, həmin ssenariyə inanırlar. Qarşı tərəf bunu nə qədər inkar etsə də, partnyorunun yalan danışdığını düşünürlər”.
 
N. Xəlilova diqqətə çatdırıb ki, qısqanclığın bu növü, əsasən, şiddətlə nəticələnir.
 
“Qadın cinayətlərinin kökündə daha çox patoloji qısqanclıq dayanır. Bu qısqanclıq həm şəxsin özünə, həm partnyoruna, həm də digər insanlara ziyan verir. Bu problemlərin sağlam şəkildə həll edilməsi, münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Bu insanlar həyat keyfiyyətinin yüksəldilməsi üçün psixooloji dəstək almalıdırlar”.скачать dle 11.3
Mojo.az Banner