Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qız atasını bu məşhur verilişə görə öldürdü - Həbs edilmədi

12.03.2024 13:58 1 749
Azərbaycanda qız atasını bu məşhur verilişə görə öldürdü - Həbs edilmədi
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.

Median.az
"qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb.

İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə "Space TV"də yayımlanan "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.

Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədilməsi sübut edilib.

Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs "Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu formasında kəmağıllıq"dan əziyyət çəkir.

Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.

Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Son xəbərlər