Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərin qarşısındakı itlərlə bağlı açıqlama - VİDEO

09.03.2024 18:32 1 236
Məktəblərin qarşısındakı itlərlə bağlı açıqlama - VİDEO
“Məktəbdən övladını gətirən analara azyaşlı uşaqları ilə birgə elə bu ərazidə itlər dəfələrlə hücum edib. Gec saatda dərsdən çıxıb gələn uşaqlarımıza görə çox narahatıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Sumqayıt şəhər 17-ci və 18-ci mikrorayonların bir qrup sakini müraciət edib.

Sakinlərin sözlərinə görə, 4 və 39 nömrəli məktəblərin önü sahibsiz itlərlə doludur:

“Bu ərazidə yerləşən beşmərtəbəli binaların arxa tərəfində itlər lap sürü ilə gəzirlər. Bir həftə bundan öncə valideynlərdən biri məktəbdən uşağını götürüb qayıdanda 7 it üstlərinə cumub. Qonşular güclə itləri qova biliblər. Bu hal birinci dəfə deyil ki, yaşanır. Demək olar ki, hər gün bu vəziyyətdir. Bunun qorxusu elə bəs edir. Dəfələrlə şikayət etsək də, baxılmır, heç bir tədbir görülmür”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan müraciətə belə cavab verilib:

“Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda, sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıqlar verilib”.

Son xəbərlər