Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlıların “QIWI” pul cüzdanlarında qalan vəsaitlərinin aqibəti necə olacaq? - RƏSMİ CAVAB

07.03.2024 12:12 2 331
Azərbaycanlıların “QIWI” pul cüzdanlarında qalan vəsaitlərinin aqibəti necə olacaq? - RƏSMİ CAVAB
“Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “QIWI Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq”.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

“QIWI” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.

Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin doqquz noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, - deyə AMB bildirib.

Tənzimləyici qurum vurğulayıb ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, zəmanət ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də “QIWI Bank”ın lisenziyasını ləğv etdikdən sonra “QIWI” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner