Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Model sevgilisini döyən Ziya Hüseynzadə 20 il həbs oluna bilər

06.03.2024 17:23 1 167
Model sevgilisini döyən Ziya Hüseynzadə 20 il həbs oluna bilər
Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

“PKF Audit Azerbaijan” və “PKF Audit Consulting” MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götürməsi ilə bağlıdır.

İttihamda deyilir ki, Z.Hüseynzadə digər şəxslə əlbir olaraq Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərindəki istixanalarda tərəvəz məhsullarının yerləşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit almağa nail olub. Bu hərəkətləri ilə o, banka külli miqdarda ziyan vurub. Z.Hüseynzadə bundan sonra eyni banka təkrar ziyan vurub. Belə ki, o, özünü şirkət rəhbəri kimi təqdim edərək 5 milyon 600 min avro kredit götürüb.

Bundan əlavə, təqsirləndirilən şəxs digər şəxslə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru Aydın Rzayevin vaxtilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıb. Saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə təqdim edib. Bu hərəkətləri ilə Hüseynzadə və əlbir olduğu şəxs 30 min manat dəyərində vəsaiti nağd şəkildə götürüblər. Daha sonra isə “Muğan Bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dollar götürüb.

Z.Hüseynzadə, həmçinin aldatma və ələ keçirmə yolu ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı ilə müvafiq qurumdan 260 min avro qrant alıblar. Hüseynzadə 260 minin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə isə o, Kənan Rəsulova həmin məbləğdə ziyan vurub.

Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib.

Hakim qeyd edib ki, müttəhim verilmiş ittihamlarla təqsirli bilinərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Prosesin sonuna yaxın zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Tərəf onlara dəymiş 130 min dollar məbləğində ziyanın, həmçinin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq zərərçəkmişə ödənilməsini istəyib.

Növbəti iclas martın 13-nə təyin edilib.

Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin işdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham edilir.

Son xəbərlər