Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat aldı

04.03.2024 18:26 3 474
Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat aldı
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli “Dinamo” və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, martın 7-də reallaşacaq “Dinamo” - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

Son xəbərlər