Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Əliyar Ağayev Fatih Terimin komandasının oyununda

25.04.2024 18:18 1 221
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

FIFA referisi çempionluq qrupunun "Panatinaikos” – "Aris” matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Panatinaikos”un baş məşqçisi türkiyəli mütəxəssis Fatih Terimdir.

Son xəbərlər