Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda qətl: Qadının əri könüllü təslim oldu

02.03.2024 14:18 2 538
Yevlaxda qətl: Qadının əri könüllü təslim oldu
Yevlax şəhərində qətl törədilib.

Yevlax Rayon Prokurorluğundan bildirilib ki, fərdi yaşayış evlərindən birində martın 2-də, saat 3 radələrində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə məlumat alıblar.

İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Son xəbərlər