Mojo.az Banner
23:14 ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb  |     22:42 Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib  |     22:26 Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi  |     21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |     21:13 İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı  |     21:08 Flora Kərimovanın səhhəti necədir?  |     21:00 Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır  |     20:55 "Kəpəz"dən yeni transfer  |     20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |    
Left Banner
Right Banner

Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

27.02.2024 21:20 1 605
Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib
Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışı olub.

"Report"un yerli bürosu xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Sevindirici haldır ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də dəstəyi ilə muxtar respublikada vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib və artıq bu gün növbəti belə mərkəzin açılışında iştirak edirik. Qeyd olunub ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinin maarifləndirilməsinə, şəffaflığın artırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müasir üslubda inşa olunmuş mərkəzin açılışının Naxçıvanda vergi ödəyicilərinə xidmət dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti mərhələsi olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinə müasir xidmətlər göstərməklə yanaşı, bu sahədə qarşıya qoyulan tapşırıqların da uğurla həll olunmasına imkan verəcək.

Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, mərkəzin texniki imkanları və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına “Rəşadətli əməyə görə” döş nişanları təqdim olunub.

скачать dle 11.3
Mojo.az Banner