Mojo.az Banner
21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

27.02.2024 20:56 1 059
Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ
Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər.

Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətlərini təqdim edirik:

Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadratmetr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. Kürdəxanı qəsəbəsində satışa çıxarılan üçotaqlı mənzillərin qiyməti 56 min manatla 59 min manat arasında dəyişir. Ramana qəsəbəsində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.

Satış prosesinin 2023-cü il iyulun birinədək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin olduğu görünür. Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır.

Portala daxil olduqda ümumilikdə 1 621 mənzilin satışa çıxarıldığı qeyd edilib. Nazirlik isə ötən il 1 662 mənzilin satılacağını açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindın bizim.media-ya bildirilib ki, 1 621 mənzildən 300 mənzil satılıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı “ms.sosial.gov.az” portalında həyata keçirilir.

Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1 621 mənzili əhatə edir. Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib.

Sözügedən komplekslərdən üçü - Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir. Alıcılar tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notarial qaydada alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur.  Yeni binalarda yerləşən həmin mənzillərin hər biri çıxarışlı və tam təmirlidir. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrindəki şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”.

Qeyd edək ki, bir il ərzində sözügedən mənzillərin təxminən 18-19 faizi satılıb.скачать dle 11.3
Mojo.az Banner