Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

“Barselona”nın maraq göstərdiyi futbolçu “Real Madrid”i seçib - FOTO

26.02.2024 22:50 1 545
“Barselona”nın maraq göstərdiyi futbolçu “Real Madrid”i seçib - FOTO
“Real Madrid” yay transfer pəncərəsində “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devislə şifahi razılığa gəlib.

Bu barədə “The Athletic” xəbər yayıb.

Mənbənin sözlərinə görə, hazırda hadisələrin inkişafı üçün iki variant var: Devis ya bu yay “Real”a keçəcək, ya da bir ildən sonra - “Bavariya” ilə müqaviləsi başa çatdıqda - Madrid klubunun futbolçusu olacaq.

Bəzi İngiltərə klublarının və “Barselona”nın maraq göstərdiyi futbolçunun özü də “Real Madrid”ə keçmək istəyir.

Bu mövsüm Alfonso bütün turnirlərdə 27 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

“Transfermarkt” portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur (128,7 milyon manat).



Son xəbərlər