Mojo.az Banner
23:02 “Diesel”in yaradıcısı vəfat etdi  |     22:55 “Crocus”dakı terror aktını törədənlərdən daha biri intihara cəhd etdi  |     22:50 Leysan Nabranda da ciddi fəsadlar yaratdı  |     22:43 Siqaret ixracından gəlirlər 4 dəfə artıb  |     22:38 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi  |     22:32 Mövsümi meyvələr nə üçün bahadır - SƏBƏB  |     22:22 Tramp İranı bir gecəyə məhv etməklə hədələdi  |     22:16 Ağıl dişinin çəkilməsi hansı təhlükələrə səbəb ola bilər?  |     22:10 Qədim sualtı dünya müasir insanların əcdadları barədə yeni detalları üzə çıxardı  |     22:02 İtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandı  |     21:53 Ermənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var  |     21:40 Suçiçəyi ilə bağlı narahatlıq - Səhiyyə Nazirliyindən açıqlama  |     21:36 NATO ölkələri İrana qarşı müharibəyə qoşulacaq? - AÇIQLAMA  |     21:30 Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə...  |     21:27 Güclü yağışlar müharibə ilə bağlıdır? - AÇIQLAMA  |     21:13 “Qarabağ” “Karvan-Yevlax”ı darmadağın etdi  |     21:07 Culfa kəndlərində işıq olmayacaq  |     21:00 Gəncə sakini su çənini rəngləyən zaman zəhərlənərək ölüb  |     20:55 KİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər  |     20:35 İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?  |    
Left Banner
Right Banner

Mağazadan nisiyə dəftərlərini oğurladı, Bakıda oteldə qızlarla əyləndi

17.02.2024 20:36 2 094
Mağazadan nisiyə dəftərlərini oğurladı, Bakıda oteldə qızlarla əyləndi
Qax rayonun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, dəyəri bir ədəd "Bizon" enerji içkisini (1 manat), bir ədəd dəyəri "Dadlıca" sosiskasını (1 manat) və bir ədəd 40 vərəqli nisiyə dəftərini oğurlayıb.

O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, hər birinin dəyəri ümumilikdə 200 manat dəyəri olan 200 ədəd "Azercell", "Bakcell" və "Azerfon" danışıq kartlarını, bir ədədinin dəyəri 3,40 manat olan ümumilikdə 34 manatlıq 10 qutu LD markalı siqareti, bir ədədinin dəyəri 4 manat olan ümumilikdə 40 manatlıq 10 qutu "Kent 4" markalı siqareti və bir ədəd 40 vərəqli nisiyə dəftərini oğurlayıb.

Elvin əvvəlcə satılan ərzağa görə kənd sakinlərinin adına olan nisiyə dəftərlərlərini yandırıb. Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda otellərin birində qızlara əyləncəyə xərcləyib. Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib.

Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elvin Bədəlov bu müddət ərzində elektron qolbaqla gəzəcək.скачать dle 11.3
Mojo.az Banner