Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yolun əks istiqamətinə çıxan sürücü hərəkətini maraqlı səbəblə əsaslandırdı - VİDEO

16.02.2024 21:01 1 995
Yolun əks istiqamətinə çıxan sürücü hərəkətini maraqlı səbəblə əsaslandırdı - VİDEO
Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, idarə tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bu dəfə sözügedən avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü Xaçmaz rayon sakini Namiq Ağayevdir.

Törətdiyini əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır.скачать dle 11.3



Mojo.az Banner